ABŞ tezliklə Suriyanı tərk edəcək, çünki ora komfortlu deyil - Rusiya XİN

529 22-12-2021, 15:21 dunya

ABŞ tezliklə Suriyanı tərk edəcək, çünki ora komfortlu deyil - Rusiya XİNABŞ tezliklə Suriyanı tərk edəcək, çünki ora onlara komfortlu deyil.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RT kanalına müsahibəsində bildirib.

Rusiya XİN başçısı ölkəsinin Suriyada hərbçilər vasitəsilə ABŞ-la dialoqu uğurla apardığını vurğulayıb: “Sadəcə başa düşmək lazımdır ki, son nəticədə amerikalılar Suriyadan gedəcəklər. Onlar indi orada daha çox problemlərlə üzləşirlər. Amerikalılar öz qaydalarını tətbiq edirlər, lakin həqiqətən də bu strukturların həyati fəaliyyətini təmin edə bilmirlər. Bundan başqa, orada qaçqınlar var, çoxlu quldurlar və terrorçular yığılıb. Məncə, amerikalılar başa düşürlər ki, onlar orada narahatdırlar. Lakin onlarla bizim hərbçilər arasında gözlənilməz hadisələrin qarşısının alınması baxımından kifayət qədər səmərəli dialoq var. Siyasi proseslər və BMT Təhlükəsizlik Şurasının qətnaməsinin həyata keçirilməsi perspektivlərinə dair fikir mübadiləsi aparmaq üçün məsləhətləşmələr mövcuddur”.

XƏBƏR LENTİ