İrana məxsus yük maşınından yarım tona yaxın "patı" aşkarlanıb

541 22-12-2021, 19:00 dunya

İrana məxsus yük maşınından yarım tona yaxın "patı" aşkarlanıbTürkiyənin Gürbulak Gömrük Hüquq-Mühafizə İdarəsi İrandan ölkəyə daxil olan ağır tonnajlı yük avtomobilində 462,5 kiloqram metamfetamin (patı) aşkar edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş özünün “Twitter” səhifəsində yazıb.

Ticarət Nazirliyindən yayılan açıqlamada isə qeyd olunub ki, indiyədək Türkiyədə bu miqdarda metamfetamin (patı) ələ keçirilməyib. Bu, ən yüksək miqdardır.

Narkotik maddə müsadirə olunub və sürücü saxlanılıb.

XƏBƏR LENTİ