Türkiyə-Ermənistan qarşıdurması sona çatır

569 27-12-2021, 10:57 dunya

Türkiyə-Ermənistan qarşıdurması sona çatır“Hazırda Cənubi Qafqazda fərqli vəziyyət yaranıb. Erməni lobbisinin bütün gücünü sərf etdiyi cəhdlər boşa çıxdı".



Xeberdar.net-in Xarici KİV-ə istinadən məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.



Onun sözlərinə görə, Cənubi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni qarşıdurması artıq sona çatır:



“Qarabağın azad olunması, yenidən Azərbaycana qovuşması ilə tarixdə yeni bir səhifə açılıb.Türkiyə və Ermənistan əlaqələrini normallaşdırmaq üçün qarşılıqlı addımlar atırlar. Əlaqələrin normallaşması ən çox Ermənistanın xeyrinə olacaq. Dənizə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın təsiri altında olan Ermənistanın Türkiyə ilə əlaqələri normallaşdırmasının həm siyasi, həm də iqtisadi faydaları olacaq”.

Xeberdar.net

XƏBƏR LENTİ