Yeni ildə YENİ SAVAŞ OLACAQMI? - İNCƏLƏMƏ...

663 27-12-2021, 11:25 cemiyyet

Yeni ildə YENİ SAVAŞ OLACAQMI? - İNCƏLƏMƏ...Bu gün ən aktual məsələlərdən biri və demək olar ki, birincisi Qraabağda yeni savaşın başlayıb-başlamayacağı ilə bağlıdır. Burada, Azərbaycan tərəfinin müəmmaları heç də hansısa növbəti müharibə qorxusu ilə əlaqədar deyil. Elə rəsmi Bakının dəfələrlə Ermənistandakı revanşistlərə yönəlik "hər zaman savaşa hazırıq" ismarıcları, habelə Azərbaycanın yeni dövlət büdcəsində də hərbiləşmənin ön plana çıxması belə deməyə əsas yaradır.

Erməni tərəfinin davranışları isə daha çox incidilmişin reaksiyalarına bənzəyir. DİA.AZ bildirir ki, hər zaman politologiya elmindəki ənənəvi "fars siyasəti"nin konturlarına uyğun şəkildə gedişləri ilə diqqətçəkən Ermənistan yenə də özünü daha çox şahmat taxtasının başındakı kimi hiss etdiyindən hiyləgər gedişləri ilə diqqət çəkir.

Paşinyanla Arayikin arasındakı sərinlik xəbərləri də həmin hisyləgər gedişlərin növbətisi kimi qəbul olunmalıdır. Yəni kimsə düşünməməlidir ki, İrəvanla separatçı Xankəndi rejiminin münasibətlərində gərilmə var.

Doğrudur, bu gün Arayik daha çox Qarabağdakı rusları eşidir, amma onun son olaraq Azərbaycanla meydanda hətta tək qalmağa cəsarət edəcəyi gözlənilən deyil. Çünki 44 günlük savaş boyunca zatən, Azərbaycan Qarabağı ruslar və ermənilər qarışıq bir əks-cinahın əlindən azad etməyə müvəffəq olmuşdu və burada Arayikə rusun Qarabağda birbaşa yerləşməsi də əlavə gücləndirilmiş faktor hesab oluna bilməz.

Arayik kimiləri xaraktercə qorxaq olduqlarından rusların belə süni cəsarətləndirmə addımları nələrisə dəyşməyəcək və hətta yanlarındakı qüdrətli Rusiya ordusu belə onlara növbəti müharibənin başlanması üçünn stimul rolunu oynamayacaq.

Xeberdar.net

XƏBƏR LENTİ