“Bu bir daha onu göstərir ki, dövlətin gömrük orqanlarında həll olunası çoxlu məsələlər var...”

567 27-12-2021, 12:25 cemiyyet

“Bu bir daha onu göstərir ki, dövlətin gömrük orqanlarında həll olunası çoxlu məsələlər var...”“Pirotexniki vasitələrlə bağlı problem hələ də həll olunmayıb. Amma baxmayaraq ki, dövlət orqanları bunun idxalına, istifadəsinə qadağa qoyub. Lakin qaçaqmal yolu vasitəsilə bu, ölkəmizə gətirilir”

Bunu Moderator.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Ekspert hər il bayram ərəfəsində bu hal təkrar olunduğunu deyib:

“Bu bir daha onu göstərir ki, dövlətin gömrük orqanlarında çoxlu həll olunası məsələlər var. Şübhəsiz ki, həmin pirotexniki vasitələr ölkəmizə qaçaqmal yoluyla ola bilər ki, gömrük orqanlarının bəzilərinin xeyir-duasıyla daxil olur. Yəni bu da istisna olunmur. Lakin bu vasitələr sahə müvəkkillərinin, bələdiyyələrin əksər hallarda gözü önündə satılır. Bu isə arzuolunmaz bir şeydir. Bir neçə il öncə pirotexniki vasitənin balkondan qızın başına düşərək onun başını yandırdığını görmüşəm. Bundan xəstələnən adamlar, yanğınlar olub. Amma çox təəssüf ki, bu mədəniyyətsizlik davam edir və Azərbaycan vətəndaşlarının halal zəhmətiylə qazandığı pul belə mənasız şeylərə xərclənir. Düşünürəm ki, valideyn komitələri, məktəblər, sahə müvəkkilləri elə bir iş aparmalıdır ki, bu vasitələr yığışdırılsın. Pirotexniki vasitələr qorxu yaratmaqla yanaşı, havanı zəhərləyir, yanğınlar baş verir. Çox qorxulu nəticələr baş verə bilər”.

XƏBƏR LENTİ