Lənkəranda yoldan çıxan maşın kanala düşdü

Lənkəranda yoldan çıxan maşın kanala düşdüMaşında olan 4 nəfər xəstəxanaya yerləşdirilib.
Lənkəranda 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Hadisə gecə saatlarında qeydə alınıb.

Xeberdar.net-in ANS PRESS-ə istinadən məlumatına görə, ağır yol qəzası Lənkəran-Boradigah yolunun Cil kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Digah kənd sakini, 21 yaşlı Orxan Heydərov idarə etdiyi “VAZ-21015” markalı avtomobilin idarəetməsini itirib.

Maşın yolun kənarındakı su kanalına düşüb.

Nəticədə sürücü və daha üç nəfər, Lənkəran şəhər sakinləri, 20 yaşlı İbrahim Abdullazadə, 25 yaşlı Arif Muradov və 22 yaşlı İlkin İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alanların vəziyyəti orta-ağır qiymətləndirilir.

Qəzaya ilkin səbəb kimi avtomobilin sürüşkən yolda sürət həddini aşması göstərilir. Hadisənin dəqiq başvermə səbəbləri isə avtoekspertizanın yekun rəyindən sonra məlum olacaq.

Lənkəranda yoldan çıxan maşın kanala düşdü
Lənkəranda yoldan çıxan maşın kanala düşdü

Xeberdar.net

Lənkəranda yoldan çıxan maşın kanala düşdü

  • 20-02-2016, 11:22
  • 687


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI