Çin dünya taxılının yarısını alıb: Qiymətlər kəskin arta, hətta aclıq ola bilər - USDA

519 5-01-2022, 11:15 dunya

Çin dünya taxılının yarısını alıb: Qiymətlər kəskin arta, hətta aclıq ola bilər - USDAÇin dünya taxılının yarısını alıb.

USDA-nın (ABŞ-ın federal icra hakimiyyəti orqanı) məlumatına görə, Çin hökuməti dünyadakı qarğıdalı və digər taxılların yarıdan çoxunu alıb.

Çinin 2022-ci il məhsul ilinin birinci yarısında dünya qarğıdalı ehtiyatlarının 69 faizinə, düyü ehtiyatlarının 60 faizinə və dünya buğda ehtiyatlarının 51 faizinə sahib olacağı gözlənilir.

Bu o deməkdir ki, dünya əhalisinin 20 faizindən az hissəsi qarğıdalı və digər taxılların yarıdan çoxunu saxlamağa müvəffəq olub və bu, bütün dünyada qiymətlərin kəskin artmasına və ola bilsin ki, daha çox ölkədə aclığa səbəb ola bilər.

Taxılın böyük hissəsi Dalian limanı yaxınlığındakı 310 nəhəng taxıl anbarında saxlanılır.(konkret.az)

XƏBƏR LENTİ