Abşeron polisi 2 nəfərdən 7 kq artıq narkotik götürüb - VİDEO

Abşeron polisi 2 nəfərdən 7 kq artıq narkotik götürüb - VİDEOBu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.

Həyata keçirilən tədbirlər zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər - Abşeron rayon sakinləri Məhəmməd Səmədov və Elnur Xəlilov saxlanılıblar.

M.Səmədovda 4 kiloqram 153 qram, E.Xəlilovda isə 470 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Araşdırma zamanı bu şəxslərin narkotik vasitələrdən istifadə etməklə yanaşı Abşeron rayonu ərazisində satışını də təşkil etdikləri məlum olub. Saxlanılan şəxslərdən biri M.Səmədov əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilib.

Faktlarla bağlı bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Abşeron rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir./Modeerator.az/




Abşeron polisi 2 nəfərdən 7 kq artıq narkotik götürüb - VİDEO

  • 7-01-2022, 11:10
  • 244


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI