Öldürməklə hədələyib pul aldılar - TUTULDULAR

567 11-01-2022, 11:03 kriminal

Öldürməklə hədələyib pul aldılar - TUTULDULARYanvarın 8-də 2 nəfərin Şirvan şəhər sakini V.Qurbanovu zorla saxlayıb öldürməklə hədələyərək döymələri və 165 manat pulunu almaları barədə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə məlumat daxil olub.



Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, Nizami RPİ-nin 24-cü və Metropolitendə Polis Şobələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş C.Hacıağayev və Culfa rayon sakini S.Əhmədova müəyyən edilərək saxlanılıblar.



Rəsmi məlumata görə, hazırda Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Xeberdar,net

XƏBƏR LENTİ