Azərbaycan-Türkiyə:Diplomatik əlaqələrin 30 ili

618 14-01-2022, 11:08 dunya

Azərbaycan-Türkiyə:Diplomatik əlaqələrin 30 iliSəfir Cahit Bağçı Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olması ilə bağlı paylaşım edib.

Türkiyənin Azərbaycandakı səfirinin sosial şəbəkədəki hesabında etdiyi paylaşımda deyilir:

"Türkiyə Cümhuriyyətinin qardaş Azərbaycanla münasibətlərinin təməli Cümhuriyyətimizin qurucusu Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə Ümummilli lider Heydər Əliyevin “Tək Millət, İki Dövlət”iz sözlərinin birləşməsidir".

Türkiyəli diplomat qeyd edib ki, bu anlayışı əlaqələri strateji səviyyədən müttəfiqlik səviyyəsinə qaldıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin imza atdıqları "Şuşa Bəyannaməsi" daha da qüvvətləndirib:

"Türkiyənin Azərbaycanla diplomatik əlaqələrinin 30-cu ildönümü qutlu, qardaşlığımız daim olsun".

Xeberdar.net

XƏBƏR LENTİ