Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama

Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama"İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisə ilə əlaqədar toplanan ilkin materiallar rayon Polis Şöbəsinin istintaq bölməsinə verilib”.

Bunu "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov deyib.

O bildirib ki, bağçada çalışan digər şəxslər və orada təhsil alan digər uşaqların valideynlərinin izahatları alınır: “Hazırda araşdırma davam etdirilir”.

Qeyd edək ki, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi - müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova üç yaşlı uşağı vurub. Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Daha sonra Z.Baxışova təhqiqata cəlb edilib və o, işdən çıxarılıb.

Xeberdar.net

Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama

  • 17-01-2022, 11:01
  • 304


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI