Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”

578 17-01-2022, 15:48 dunya

Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”“Müharibədən 1 il 3 ay keçməsinə baxmayaraq, hələ də müxtəlif morqlarda saxlanılan tabutlarda naməlum cəsədlər və cəsəd qalıqları var”.

Teref.az “Hraparak”a istinadən xəbər verir ki, bunu Ermənistandakı “Hayastan” blokunun üzvü, hüquqşünas Robert Hayrapetyan bəyan edib

O, Ermənistan hakimiyyətini 2020-ci ilin payızında Qarabağda baş vermiş 44 günlük müharibədə itkin düşən hərbçilərin taleyinə aydınlıq gətirə bilməməkdə günahlandırıb.

Robert Hayrapetyanın sözlərinə görə, itkin düşənlərin valideynləri bir ildən çoxdur əsəb, stress içində əziyyət çəkir, dövlət orqanlarının qapılarında süründürülürlər.

Erməni hüquqşünas ordudakı vəziyyətdən də narazılıq edib. Bildirib ki, Azərbaycan Ordusu ilə bəzi üzbəüz mövqelərdə hərbçilər baxımsızlıqla üzləşirlər, bəzən isə əsgərlər intihar həddinə çatırlar:

“Bu günlərdə 21 yaşlı bir əsgərin intiharının qarşısı tağım komandiri tərəfindən alınıb”.

İrəvanda böyük əksəriyyət hesab edir ki, Ermənistan hakimiyyəti II Qarabağ müharibəsindən sonra gerçək itkilərinin sayını gizlədib, ictimaiyyətə təhrif olunmuş rəqəmlər açıqlanıb. (modern.az)

XƏBƏR LENTİ