"“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama

"“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlamaVahid Əhmədov: "Niyə “qara bazar”da istənilən qədər valyuta olmalıdır, amma bankda yox?


“Hazırda manat üçün hər hansı təhdid yoxdur, məzənnə sabit saxlanılır. Buna səbəb indiki vəziyyətdə neft qiymətinin 80-85 dollar civarında olması, eyni zamanda, valyuta ehtiyatlarımızın bolluğudur".

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov modern.az-a yeni devalvasiya təhlükəszi ilə bağlı narahatlıqları şərh edərkən bildirib.

V. Əhmədov dolların məzənnəsində dəyişiklik olacağını gözləmir. Deputat əmindur ki, ilin birinci yarısında məzənnə dəyişikliyi olmayacaq.

"Amma sonradan vəziyyət necə dəyişəcək, hansı proseslər gedəcək, bunu zaman göstərəcək”, o vurğulayıb.

Millət vəkili dolların alışında yaranan məhdudiyyətlə bağlı Azərbaycan Banklar Assosiasiyası ilə əlaqə saxladığını diqqətə çatdırıb: “Quruma müraciətimdən sonra, araşdırma aparıldı, məlum oldu ki, kommersiya banklarında dolların alış qiymətində dəyişiklik yoxdur. Ola bilər filallarda müşahidə edilsin. Amma Mərkəzi Bankın da bununla bağlı heç bir məktubu yoxdur. Həmçinin, Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var”.

V.Əhmədovun sözlərinə görə, ajiotajı yaradan “qara bazarlar"dır: “Çünki bu, onlar üçün qazanc yeridir. “Qara bazar”ın işləməsi üçün də mütəmadi belə informasiyaları tirajlayırlar. Ola bilər ki, bəzi bank filiallarının “qara bazar”la əlaqəsi var və dolları bankda yox, “qara bazar”da baha qiymətə satırlar. “Qara bazar”a “krışalıq" edən məmurlar var. Bunlar faktlardı. Mərkəzi Bank və hüquq-mühafizə orqanları bunun qarşsını almalıdılar. Bu “qara bazar” məsələsini sona çatdırmaq lazımdır. Niyə “qara bazar”da istənilən qədər valyuta olmalıdır, amma bankda yox? Azərbaycanın kifayət qədər valyuta ehtiyatları var. Bunu normal tənzimləmək lazımdır ki, ajiortaj yaranmasın”./

"AzPolitika.info"

"“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama

  • 17-01-2022, 16:18
  • 315


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Faiq Ələkbərli Antalyada Yörük və Türklük Araşdırmaları Qurultayında iştirak edib
  2. İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
  3. Yaponiya qərar verdi: Mərhələli şəkildə Rusiyanın...
  4. Kəlbəcərdə ordumuzun mövqeləri yenə ATƏŞƏ TUTULDU
  5. "Ukrayna müdafiə qüvvələri 1003 yaşayış məntəqəsini azad ediblər" - Prezident Ofisi
  6. Valyuta hərracında bankların dollara tələbi artıb
  7. Əhaliyə niyə əlavə qazpulu yazılır? - İLGİNC OYUNBAZLIQ...
  8. Qəbələdə bacısı və dayısı oğlunu bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib
  9. Doğma Yurda Qayıdış İB Ağdamda “Qalib Azərbaycan” adlı ədəbi-bədii tədbir keçirdi
  10. “Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi” mövzusunda növbəti təlim keçrildi
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI