BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…

1 178 18-01-2022, 08:30 cemiyyet / gundem

BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…Jurnalist-araşdırmaçı Fərid Abdinov Bakı şəhər icra hakimiyyətinin aparat rəhbəri Elgin Həbibullayev haqqında paylaşım edib.
Xəbəral.az-ın xəbərinə görə, paylaşımda qeyd olunur ki, Elgün Həbibullayevin tək Panda Kids’i və mənzilinin dəyəri 2 milyon manatdan çoxdur: “
Elgün Həbibullayev Bakı şəhər icra hakimiyyətinin aparat rəhbəri vəzifəsində çalışır. Bundan əvvəl də hazırda Bakı meri olan Eldar Əzizovun komandasında Gəncə və Sumqayıt şəhərlərində işləyib E. Həbibullayev “Panda Kids” mağazalar şəbəkəsinin də sahibidir. “Port Baku” yaşayış kompleksində yaşayır. “Panda Kids” mağazaları və yaşadığı ev ilə birlikdə ümumi əmlakının qiyməti 2 milyon AZN-dən çoxdur.
BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
Qeyd edim ki, Bakı şəhər meriyasında ən yüksək əmək haqqı Eldar Əzizov alır. 1925 AZN. Aparat rəhbərinin evinin ortalama qiyməti merin aldığı maaşdan 300 dəfə çoxdur.

XƏBƏR LENTİ