Azərbaycan ötən il 3 ton narkotikanın Avropaya daşınmasının qarşısını alıb

552 19-01-2022, 09:09 cemiyyet

Azərbaycan ötən il 3 ton narkotikanın Avropaya daşınmasının qarşısını alıb2021-ci ildə Azərbaycanın gömrük orqanları ölkədən tranzit keçməklə Avropaya daşınmasına cəhd göstərilən 3 ton 43 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Xeberdar.net Dövlət Gömrük Komitəsinə (DGK) istinadən məlumat verir ki, bunu qurumun sədr müavini Əsgər Abdullayev bildirib.

Onun sözlərinə görə, həmin narkotik vasitənin əsas hissəsini heroin təşkil edib.

Ə.Abdullayev bu barədə Komitədə keçirilən Böyük Britaniya Milli Cinayət Agentliyinin Azərbaycan üzrə məsul əlaqələndiricisi Con Qoldinqin rəhbərlik etdiyi nümyəndə heyəti ilə görüşdə danışıb. O, qonaqlara Azərbaycan gömrük orqanlarının hüquq-mühafizə fəaliyyəti, bu sahədə mövcud qanunvericilik, gömrük orqanlarının qaçaqmalçılığa qarşı mübarizə istiqamətində əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

XƏBƏR LENTİ