Pambığın alış qiyməti 750 manat oldu

556 26-01-2022, 10:59 cemiyyet

Pambığın alış qiyməti 750 manat olduAzərbaycanda şirkətlər tərəfindən fermerlərdən pambığın alış qiyməti 50 manat artırılıb.



Modern.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov deyib.



O qeyd edib ki, fermerlərdən pambıq alan şirkətlər alış qiymətini 50 manat artırmaq qərarına gəliblər:



"Pambığın alış qiyməti 700 manat idi. Şirkətlər 2022-ci il mövsümü üçün qərara gəlib ki, pambığın alış qiymətini 50 manat artırsınlar. Hazırda şirkətlərin qərarı pambıq alışının 750 manat olması ilə bağlıdır, amma biz qərara gəlmişik ki, avqust ayında qiymətlərə bir də baxaq.



Ümid edirik ki, avqust ayında şirkətlər fermerləri bir daha sevindirəcək, ancaq bu məsələ birjalarda olan vəziyyətdən asılı olacaq".



O qeyd edib ki, bu il hər ton pambığa görə 170 manat məhsul subsidiyası da ödəniləcək.

Xeberdar.net

XƏBƏR LENTİ