AMEA-da QALMAQAL: Ramiz Mehdiyev məsələni xüsusi nəzarətə götürdü

630 28-01-2022, 20:41 cemiyyet

AMEA-da QALMAQAL: Ramiz Mehdiyev məsələni xüsusi nəzarətə götürdü"AMEA-nın Coğrafiya İnstitutuna məxsus otaqlarda su və sanitar qovşaq yoxdur”.

Bunu AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) İcraçı direktoru, professor Nəriman İsmayılov ŞAR-ın Bakı şəhər bölməsinin problemlərindən danışarkən deyib.

Onun sözlərinə görə, indiyədək Rəsədxananın həlli çox vacib olan infrastruktur problemi - onun Bakı şəhər bölməsinin (institutunun) bu vaxta qədər normal təşkil olunmamasıdır:

“Rəsədxana yaradıldığı vaxtdan (1959) onun Bakı şəhər bölməsi də təsis edilib və hazırda da mövcuddur. Lakin təəssüf ki, bölmənin stabil binası (iş yeri) heç vaxt olmadığından Rəsədxana həmişə sosial problemlərlə, kadr itkisi və digər təşkilati problemlərlə üzləşib”.

N.İsmayılov bildirib ki, hazırda Bakıda şəhər bölməsi kimi iş yerləri AMEA-nın əsas binasında (H.Cavid prospekti), qüllələrdən birində - Coğrafiya İnstitutuna məxsus olan, 10-11-ci mərtəbələrdə yerləşən, texniki məqsədlər üçün nəzərdə tutulmuş otaqlarda uyğunlaşdırılıb.

“Həmin otaqlarda normal iş şəraiti olmadığından (su və sanitar qovşağın olmaması, qış aylarında çox soyuq, yayda isə çox isti olması, hər otaqda 10-dan çox əməkdaşın yerləşməsi) elmi, elmi-təşkilati, təhsil və digər fəaliyyət üçün şərait yoxdur”.

Professor vurğulayıb ki, ayrı-ayrı vaxtlarda AMEA rəhbərliyinə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, məsələ hələ də həllini tapmayıb:

“Son vaxtlar problemin həll edilməsi üçün AMEA prezidenti, akademik Ramiz Mehdiyevə də müraciət edilib. Ramiz müəllim bu məsələnin nə qədər vacib olduğunu düzgün dəyərləndirərək onun həlli istiqamətində xüsusi göstəriş verib. Çox ümid edirik ki, onun göstərişi ilə bu məsələ nəhayət ki, yaxın vaxtlarda öz həllini tapacaq”. (BAKU.W)

XƏBƏR LENTİ