110 illik yubleyi qeyd olunan Mirvarid Dilbazinin yaradıcılığını təbliğ edən sayt hazırlanacaqdır

850 5-02-2022, 16:15 cemiyyet

110 illik yubleyi qeyd olunan  Mirvarid Dilbazinin yaradıcılığını  təbliğ edən sayt hazırlanacaqdır



Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin həyata keçirdiyi Mirvarid Dilbazi Azərbaycanın ilk qadın xalq şairi layihəsinə fevralın 1-dən start verilib.

Bu barədə saytımıza məlumat verən "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin sədri, Mirvarid Dilbazi Azərbaycanın ilk qadın xalq şairi layihəsinin rəhbəri Güllü Eldar Tomarlı bildirib ki, XX əsri Azərbaycan ədəbiyyatının intibah dövrüdə adlandıra bilərik, ədəbiyatımızın xeyli sayda böyük karifeyləri məhz bu dövürdə yaşayıb yaratmışdır. Belə korifeylərdən biridə Azərbaycanın ilk qadın şairi Mirvarid Dilbazidir. 2022-ci ildə görkəmli sənətkarın anadan olmasının 110 illiyi qeyd olunacaq. Həyata keçirdiyimiz bu layihə çərçivəsində görkəmli sənətkarımızın 110 illik yubleyinə həsr olunan anım tədbiri keçriləcək və Mirvarid Dilbazi yaradıcılığını təbliğ edən sayt hazırlanıb oxucularımızın ixtiyarına veriləcəkdir.

Xeberdar.net

XƏBƏR LENTİ