QHT Quba rayonunda ailə institutunun inkişafında adət-ənənələrin rolu mövzusunda tədbirlər keçirəcək

689 10-02-2022, 22:54 cemiyyet

QHT Quba rayonunda ailə institutunun inkişafında adət-ənənələrin rolu mövzusunda tədbirlər keçirəcək

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ailələrə Sosial Dəstək” İctimai Birliyinin “ Ailə institutunun inkişafında adət-ənənələrin rolu” adlı layihəsinə start verilib.
Bu barədə saytımıza ictimai birliyin sədri, layihənin rəhbəri Esmira Rəhimova məlumat verib.

Layihə rəhbəri deyib ki, layihə çərçivəsində Quba rayonunda 3 ay müddətində yeniyetmələrin, gənclərin və valideynlərin iştirakı ilə 6 marifləndirici tədbirin keçirilməsi nəzərdə tutulub. Layihənin həyata kecirilməsində əsas məqsəd gənc nəsil arasında milli-mənəvi dəyərlərin, adət-ənənələrin, ailə dəyərlərinin qorunub saxlanmasının təbliği, ailədə övladlar arasında ayrıseçkiliyin mənfi təsirləri, erkən nikahın fəsadları haqqında tədbir iştirakçılarını məlumatlandırmaqdan ibarətdir.

Xeberdar.net

XƏBƏR LENTİ