Məhkəmə icraçılarından Prezidentə ŞİKAYƏT - Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA!

420 16-02-2022, 10:36 cemiyyet

Məhkəmə icraçılarından Prezidentə ŞİKAYƏT - Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA!Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə
1-ci vitse-prezident, Heydər Əliyev fondunun prezidenti, xanım Mehriban Əliyevaya
Surəti :
Baş nazir Əli Əsədova
MM-in sədri, millət vəkili, xanım Sahibə Qafarovaya
KM-in sədri Fərhad Abdullayevə
Ali Məhkəmənin sədri, MHŞ üzvü Ramiz Rzayevə
PA-nın rəhbəri, korrupsiyaya qarşı mübarizə komissiyasının sədri Samir Nuriyevə
Ombudsman, xanım Səbinə Əliyevaya
Daxili işlər naziri Vilayət Eyvazova
Ədliyyə naziri, MHŞ sədri Fikrət Məmmədova
Baş prokuror Kamran Əliyevə
İqtisadiyyat naziri Mikayıl Cabbarova
DTX rəisi Əli Nağıyevə
BŞİH başçısı Eldar Əzizova
KİV-ə

Tələbkar, 1-ci dərəcəli Qarabağ qazisi, jurnalist Bədəlli Məğrur Ağamalı oğlundan (email :[email protected], tel. 0518582151, 0553019956)

Borclular ƏMDK, Nizami RİH, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin 150 və 125 aydır Xətai məhkəməsinin 26.05.2009 tarixli 2 (011)-451/09 saylı və 21.06.2011 tarixli 2 (011)-855/11 saylı 2 qətnaməsini mütəşəkkil dəstə şəklində qərəzlə icra etməkdən imtinalarından və vəzifələrindən sui-istifadə edərək qondarma şəxsin (öncə "Kapitalbank"ın, bank bunu yalanlayanda, Hüseynov Aydın Bəxtiyar oğlunun ) adına saxta şəhadətnamə ilə ələ keçirib satmalarına hüquqi qiymət verilməməsindən
ŞİKAYƏT və PA-nın qarşısında istənilən vaxt piket keçirmək haqqında
XƏBƏRDARLIQ

"Əlillərin sosial müdafiəsi haqqında" qanunun 30-cu maddəsinə əsasən, icra hakimiyyəti orqanları qeyri -yaşayış otaqlarını vermək və xammalla təchiz etmək yolu ilə əlillərin evdə əməyi və sahibkarlıq fəaliyyətini təmin etməlidir. Bu məqsədlə Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı otaqların istifadəmə verilməsi haqqında ƏMDK -ya müraciətimə sədr müavini Rafiq Cəlilov 18.03.2008 tarixli məktubla Nizami RİH-in razılıq məktubunu tələb etməklə cavab verdi. (əlavə 1). Nizami RİH razılıq məktubu vermədiyindən Nizami məhkəməsində RİH -ə qarşı "Nizami RİH -in qanunun icrasına məcbur edilərək B. Nuriyev -10a -dakı otaqları istifadəmə verməsi, ƏMDK -ya razılıq verməsi və maddi-mənəvi ziyanın ödənilməsi" tələbi ilə 07.04.2008 tarixli iddia qaldırdım. (Əlavə 2.). Hakim İradə Həsənzadə 21.08.2008 tarixli 2(007)-806/08 saylı qərardadla ərizəmi geri qaytardı (əlavə 3.) Eyni iddiaya baxan Xətai məhkəməsi (h. Toğrul Əliyev ) öz təşəbbüsü ilə 2-ci cavabdeh balanssaxlayıcı Nizami RİH-in MKTB -sini cəlb etməklə 26.05.2009 tarixli 2 (011)-451/09 saylı qətnamə ilə iddiamı qismən təmin edib, ziyan hissəsində təmin etmədi. 2 il keçdi, otaqların açarını tələbkara vermək əvəzinə əsas borclu ƏMDK (hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ) yiyəsi olduğu Nizami rayonu, Bəhruz Nuriyev -10-dakı qeyri-yaşayış sahəsinə dair qətnamənin Nizami MKTB tərəfindən icrası təmin edildikdən sonra mənimlə icarə müqaviləsi bağlanması məsələsinə baxılacağını Rafiq Cəlilovun 17.03.2011 tarixli məktubu ilə bildirdi (əlavə 4.) Borcu "etiraz etməmək" barədə məktub vermək olan Nizami RİH (MKTB) isə məhkəməyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu göndərib saxta məktub verdi ki, otaqlar həmin B. Nuriyev -10a-da yerləşən "Kapitalbank"ın Nizami filialının mülkiyyətindədir. Bank bunu 14.03.2011 tarixli məktubla yalanlayanda (əlavə 5), Nizami MKTB-nin sədri Həsən Sadıxovun 30 saylı notariat kontorunda ( H.Məmmədov) əsli ilə düzlüyünü 26.05.2011 -ci ildə imzası ilə təsdiq etdiyi (?) Rafiq Cəlilovun 20.06.2008 tarixli əsli olmayan saxta şəhadətnaməsi ilə otaqların 8200 manata Hüseynov Aydın Bəxtiyar oğluna satıldığı bildirildi (əlavə 6). Cinayətkar saxtalığa - 2011-ci ildə 3 il qabağa tərtib edilən şəhadətnaməyə , eyni ofisin həm bankın, həm fiziki şəxsin mülkiyyətində olması dələduzluğuna nə məhkəmənin özü, nə prokurorluq, nə də polis hüquqi qiymət verilməsini təmin etdi.
Xətai məhkəməsində "icraya mane olan borclular ƏMDK, Nizami RİH, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinə qarşı məsuliyyətin müəyyən edilməsi və B. Nuriyev -10-dakı boş otaqların istifadəmə verilməsi" tələbi ilə iddia qaldırdım. Hakim İlqar Əliyev 5 aylıq ora-bura göndərəndən sonra 21.06.2011 tarixli 2 (011)-855/11 saylı qətnamə ilə iddiamı qismən təmin edib, prokurora xəbər verilməsi hissəsində təmin etmədi (əlavə 7). Qətnamə qəsdən məndən 3 il gizlədilib və çoxsaylı şikayətlərimdən sonra 2014-cü ildə qeyri-rəsmi qaydada verilib. Hakim İlqar Əliyevin 22.07.2011 tarixli icra vərəqəsində
21 iyun 2011 -ci il tarixdə iddiaçı Bədəlli Məğrub Ağamalı oğlunun ƏMDK və qeyrilərinə qarşı "qətnamənin icrasına mane olduqlarına görə məsuliyyətin müəyyən edilməsi və Nizami rayonu, Bəhruz Nuriyev 10a ünvanında yerləşən boş otaqların istifadəsinə verilməsinə dair iddia ərizəsinə. . açıq məhkəmə iclasında baxaraq qərara alıb :İddia qismən təmin edilsin. Xətai məhkəməsinin 26.05.2009 tarixli 2 (011)-451/09 saylı qətnaməsi əsasında verilmiş icra sənədi Bəhruz Nuriyev -10a ünvanında davam etdirilməsi Xətai və Nizami icra şöbələrinə həvalə edilsin. (Əlavə 8) Qətnamənin məndən gizlədilməsi icranın konkret Bəhruz Nuriyev -10a ünvanında davam etdirilməsi ilə bağlı imiş. Dələduzluğa, korrupsiya faktına baxın, dövlətin adından çıxarılan məhkəmə qərarını icra etmək yerinə, borclu Nizami RİH və ƏMDK Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinə rüşvət verib, qətnaməni, icra sənədini gizlədiblər. 2014-cü ildə MHŞ-nın göstərişinə əsasən Xətai məhkəməsi qətnaməni və icra sənədini Xətai və Nizami icra şöbələrinə göndərsə də, Xətai icra şöbəsi əvvəl olduğu kimi heç bir hərəkət etməyib, Nizami icra şöbəsi isə 2009-cu ilin icra sənədinin geri qaytarılması "əsası" ilə 2011 tarixli icra sənədini də alan kimi icra etmədən geri qaytarıb. Dövlət adına qanunsuzluq, dövləti cinayət göz önündədir. Dövlət adına ləkə salan dövlət qulluqçuları məhkəmənin 1-ci dərəcəli Qarabağ qazisinə verdiyi otaqları ələ keçirib satıblar. Hətta 161-ə zəng etdiyimə görə 9-10 il qabaq Ədliyyə Nazirliyinin icra baş idarəsindən zəng edib hədə-qorxu gəliblər. Ombudsmanın birbaşa səlahiyyətlərinə aid olsa da, 13 ildir məhkəmə qərarının icrasını təmin etdirmək əvəzinə, aparat rəhbəri Aydın Səfixanlının rüşvətdən savadsız cavabları ilə insan hüquqları "qorunur". Belə insan hüquqları üzrə müvəkkili olan şəxsin hüquqları heç it ilində də bərpa olunmaz (Saytdan Ombudsman Aparatının özbaşınalığı haqqında çıxarış əlavə olunur. )
Sizdən 1-ci dərəcəli Qarabağ qazisi, yataq xəstəsi kimi köməksiz vəziyyətimdən , vəzifələrindən sui-istifadə edərək mənə verilən otaqları zəbt edən şəxslərin oradan çıxarılaraq əmlak və sahibkarlıq hüququmu təmin etməyinizi, Nizami RİH, ƏMDK, Ədliyyə Nazirliyinin Xətai və Nizami icra şöbələrinin və digər şəxslərin korrupsiya əməlinə hüquqi qiymət verilməsini təmin etməyinizi diləyirəm.

Hörmətlə:
Məğrur Bədəlli
28.10.2021
Qoşma :
1.ƏMDK -nın 18.03.2008 tarixli məktubu
2.Nizami m-sinə 07.04.2008 tarixli iddia ərizəsi
3.Nizami məhkəməsinin 21.04.2008 tarixli qərardadı
4.ƏMDK -nın 17.03.2011 tarixli məktubu
5."Kapitalbank"ın Nizami filialının 14.03.2011 tarixli məktubu
6. 20.06.2008 tarixli MKTB sədrinin 30 saylı notariat kontorunda təsdiq etdiyi saxta şəhadətnamə
7.Xətai məhkəməsinin 21.06.2011 tarixli 2(011)-855 saylı qətnaməsinin 1-ci və axırıncı hissəsi
8.21.077.2011 tarixli icra vərəqəsi.
XƏBƏRDARLIQ
Bütün dövlət , hüquq mühafizə orqanlarına , Ombudsmana müraciət edib, hüquqlarımın bərpasını tələb etsəm də, 150 ay qabaq olduğu kimi heç bir hərəkət edilməyib. Elə son 3 ayda 4 dəfə baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin 161 qaynar xətt xidməti şikayətimi qeydə alıb, lakin hüquq tədbiri görməkdən imtina edir. Mən1-ci dərəcəli Qarabağ qazisi əlimdə 2 məhkəmə qərarı olduğu halda əmlakımdan məhrum edilmişəm. Odur ki, Konstitusiyanın 49-cu maddəsinə əsasən PA-nın qarşısında 10 nəfərlik ailə üzvlərimlə "Məmurların əmlak dələduzluğuna, korrupsiyaya son!", "Əmlakı zəbt edənlər otaqlardan çıxarılsın!" şüarları ilə piket keçirmək və otaqları zəbt edənlərin oradan çıxarılmasını antikorrupsiya əməliyyatı çərçivəsində barədə xəbərdarlıq edirəm.

1-ci dərəcəli DİN-in Qarabağ qazisi, jurnalist Məğrur Bədəlsoy Ağamalı oğlu, telefon 0553019956, 0518582151
28 noyabr 2021-ci il, Bakı şəhəri
Piketə Konstitusiyaya qarşı çıxaraq qadağa qoyulduğundan , prezidentin ad günündə -24 dekabr 2021-ci ildə 10 nəfərlik qazinin iştirakı ilə əmlakımın qapısını məhkəmə qərarı ilə açacağam. Prezidentə hörmətiniz varsa, Prezidentin məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı, Konstitusiyanın qarantı kimi ad günündə Konstitusiyanı icra edin!
11.12.2021,15.02.2022

Xeberdar.net

XƏBƏR LENTİ