Rusiyanın yeni itkiləri açıqlandı - ŞOK RƏQƏM

470 28-02-2022, 11:10 dunya

Rusiyanın yeni itkiləri açıqlandı - ŞOK RƏQƏMUkrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə ərzində Rusiya qoşunlarının şəxsi heyətinin itkisi təxminən 4 500 nəfər təşkil edib.

Bu barədə Xeberdar.net Ukrayna mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, məhv edilmiş və ya zədələnmiş təyyarələrin sayı 27 ədəd (dəqiqləşdirilir), helikopterlər 26 ədəd, tanklar - təxminən 150 ədəd, toplar təxminən 50-dir. Eləcə də BUK hava hücumundan müdafiə sistemləri - 1 ədəd, taktiki səviyyəli silahlar - 60 ədəd, gəmilər, qayıqlar - 2 ədəddir.

Hesablama hərbi əməliyyatların yüksək intensivliyi ilə çətinləşir.

Xeberdar.net

XƏBƏR LENTİ