Yaxın 3 gün ərzində gözlənilən hava PROQNOZU

343 28-02-2022, 15:47 cemiyyet

Yaxın 3 gün ərzində gözlənilən hava PROQNOZU
Bakıda və Abşeron yarımadasında yaxın 3 gün ərzində gözlənilən hava şəraiti açıqlanıb.



Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, martın 1-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.



Gecə və səhər bəzi yerlərdə duman, çiskin gözlənilir. Cənub küləyi 8-13 m/s olacaq. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-14° isti olacaq.



Martın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, axşam çiskin olma ehtimalı var. Cənub-şərq küləyi 5-10 m/s olacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-15° isti olacaq.



Martın 3-də isə havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi 7-12 m/s, gündüz arabir 15 m/s olacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 10-13° isti olacaq.

Xeberdar.net

XƏBƏR LENTİ