Azərbaycan neftinin qiyməti 116 dolları ötüb

754 3-03-2022, 11:17 iqtisadiyyat

Azərbaycan neftinin qiyməti 116 dolları ötübCIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 2-də 116,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,2 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 114,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,26 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 91,53 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 4,35 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 117,3 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 4,38 dollar/barel çoxdur.

Xeberdar.net

XƏBƏR LENTİ