ABŞ Konqresi Ukraynaya 10 milyard dollarlıq yardımı təsdiqləyəcək

509 7-03-2022, 10:57 dunya

ABŞ Konqresi Ukraynaya 10 milyard dollarlıq yardımı təsdiqləyəcəkABŞ Konqresi bu həftə Ukraynaya 10 milyard dolların ayrılmasını təsdiqləməyi planlaşdırır.

Xeberdar.net məlumat verir ki, Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin qanunvericilərə göndərdiyi məktubda deyilir.

“ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Ukraynaya humanitar, hərbi və iqtisadi dəstək üçün 10 milyard dollar tələb edib. Konqres bu həftə bu fövqəladə maliyyəni təsdiq etməyi planlaşdırır”, - məktubda qeyd edilir.

XƏBƏR LENTİ