“Məqsədimiz kitab vasitəsilə yeniyetmə və gənclərə vətənpərvərlik ruhunu aşılamaqdır”

498 7-03-2022, 11:54 cemiyyet

“Məqsədimiz kitab vasitəsilə yeniyetmə və gənclərə vətənpərvərlik ruhunu aşılamaqdır”Sosial Tərəqinin Dəstəklənməsi İctimai Birliyinin sədri Qasım Həsənov Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən “İmişli rayon Vətən müharibəsi şəhidlərinə həsr olunuş “Vətən adını zirvələrə ucladanlar” kitabının nəşri” layihəsi çərçivəsində İmişli rayonunda səfərdə olub. Layihə rəhbərinin məlumatına əsasən o əslən İmişli rayonundan olan, Vətən müharibəsində qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış 48 şəhidin ailə üzvləri, yaxınları, məktəb müəllimləri ilə görüşüb, qəhrəmanların həyat hekayələri və döyüş yolları haqında məlumatlar toplayıb.
“Məqsədimiz kitab vasitəsilə yeniyetmə və gənclərə vətənpərvərlik ruhunu aşılamaqdır”
Q.Həsənov bildirib ki: “Rayonda olduğum vaxt əsasən şəhidlərin valideyinləri və digər ailə üzvləri ilə görüşdüm. Hər bir ailədə olarkən sanki bir qəhrəmanlıq dastanı dinləyirdim. Paralel olaraq şəhidlərimizin təhsil aldıqları orta məktəblərdə, təhsil şöbəsində oldum və rayon İcra Hakimiyyətinin aidiyyatı qurumunun rəhbəri ilə görüşdüm. Hesab edirəm ki, əldə etdiyim məlumatlar Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə işıq üzü görəcək “Vətən adını zirvələrə ucladanlar” kitabının işıq üzü görməsində mənə ciddi kömək olacaq. Məqsədim dərc edilən kitab vasitəsilə yeniyetmə və gənclərə vətənpərvərlik ruhunu aşılamaqdır.

XƏBƏR LENTİ