Ukrayna Prezidenti ailəsinin harada olması barədə danışıb

532 10-03-2022, 09:09 dunya

Ukrayna Prezidenti ailəsinin harada olması barədə danışıbUkrayna Prezidenti Volodimir Zelenski ailəsinin harada olması barədə danışıb.

, Bu barədə o, Almaniyanın “Zeit” qəzetinə müsahibəsində bəhs edib.

Dövlət başçısı bildirib ki, ailəsi Rusiyanın hücumundan bu günə kimi ölkəni tərk etməyib.

“Mənim ailəm Ukraynadadır. Bu məsələ ilə bağlı əlavə məlumat vermək istəmədiyimi başa düşməyinizi xahiş edirəm”, - Zelenski təhlükəsizlik baxımından bunu sirr saxlayıb.

Qeyd edək ki, daha əvvəl mətbuatda ABŞ Dövlət Departamenti, Pentaqon və ABŞ-ın digər dövlət orqanlarının Ukrayna Prezidenti Volodimir Zelenski və komandası üzvlərinin ölkəni tərk etməyə məcbur olacağı təqdirdə tədbirlər planı hazırlamağa başladığı bildirilib./“Report”

XƏBƏR LENTİ