Asiyada tələbin azalması neftin ucuzlaşmasına səbəb olub

447 14-03-2022, 11:05 dunya

Asiyada tələbin azalması neftin ucuzlaşmasına səbəb olubDünya bazarlarında neftin qiyməti xeyli düşüb. İnvestorlar COVID-19-a yoluxma sayının artması fonunda Asiyada neftə tələbin azala biləcəyini güman edirlər.

Xeberdar.net birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin may fyuçersləri 1,78% ucuzlaşaraq, 1 bareli 110,67 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 2,3% aşağı düşərək, 1 bareli 106,8 ABŞ dolları təşkil edib.

Ekspertlər koronavirusa yoluxma sayının artması fonunda Şençen şəhərinin təcrid olunmasının “qara qızıl”a olan tələbə zərbə endirəcəyindən ehtiyat edirlər.

Xeberdar.net

XƏBƏR LENTİ