Rusiya sanksiyalara görə dost ölkələrə üz tutub: Azərbaycandan məhsul idxal edəcək

402 15-03-2022, 15:39 dunya

Rusiya sanksiyalara görə dost ölkələrə üz tutub: Azərbaycandan məhsul idxal edəcək“Qərbin sanksiyaları səbəbindən Rusiyada ərzaq çatışmazlığı riski yoxdur, Moskva dost ölkələrdən tədarükləri genişləndirir”.

Bu sözləri Rusiya Federasiyası baş nazirinin müavini Viktoriya Abramçenko deyib.

Baş nazirin müavini vurğulayıb ki, sanksiyalar Rusiyada aqrar-sənaye bazarının təcrid olunmasına gətirib çıxarmayacaq.

“Dünya təkcə ABŞ və Avropa İttifaqı ilə məhdudlaşmır. Rusiya yeni bazarlar açır və yeni təchizatçılarla müqavilələr bağlayır”, - deyə Abramçenko bildirib.

Onun sözlərinə görə, son ay yarım ərzində “Rosselxoznadzor” 140-dan çox xarici müəssisənin, o cümlədən Türkiyə, Hindistan, Çin, Belarus, Azərbaycan, Qırğızıstan və Qazaxıstandan məhsulların Rusiyaya idxalına icazə verib. Söhbət süd və ət məhsullarının, yem və əlavələrin, balıq məhsulları və damazlıq ehtiyatı, həmçinin inkubator yumurtalarının tədarükündən gedir.

Mənbə: RİA Novosti

XƏBƏR LENTİ