"Ukrayna Kiyevdən şərqdəki şəhər və müdafiə mövqelərini geri qaytarır" - Britaniya kəşfiyyatı

344 25-03-2022, 11:17 dunya

"Ukrayna Kiyevdən şərqdəki şəhər və müdafiə mövqelərini geri qaytarır" - Britaniya kəşfiyyatıUkrayna Kiyevdən 35 kilometr şərqdə yerləşən şəhərləri və müdafiə mövqelərini geri qaytarır.

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, Ukraynanın əks-hücumları və Rusiya qüvvələrinin həddindən artıq genişləndirilmiş təchizat xətlərindən geri düşməsi Ukraynaya Kiyevdən 35 kilometr şərqdə yerləşən şəhərləri və müdafiə mövqelərini geri qaytarmağa imkan verib.

"Ukrayna qüvvələrinin Rusiya qüvvələrini şimal-qərb oxu boyunca Kiyevdən Hostomel aerodromuna doğru geri itələmək cəhdləri çox güman ki, davam edəcək. Ukraynanın cənubunda Rusiya qüvvələri hələ də Nikolayevdən yan keçməyə çalışır, çünki onlar qərbə - Odessaya doğru irəliləməyə çalışırlar. Logistika problemləri və Ukraynanın müqaviməti səbəbindən Rusiya qüvvələrinin irəliləyişləri yavaşlayıb", - məlumatda qeyd olunub./APA

XƏBƏR LENTİ