Britaniya Odessanı müdafiə etmək üçün Ukraynaya silah göndərəcək

426 3-04-2022, 11:04 cemiyyet / dunya

Britaniya Odessanı müdafiə etmək üçün Ukraynaya silah göndərəcəkBöyük Britaniya hakimiyyəti Rusiya silahlı qüvvələrinin Oddesaya hücumu halında şəhəri qorumaq üçün Ukraynaya silah, o cümlədən gəmi əleyhinə raketlər göndərmək niyyətindədir.

Bu barədə Britaniya hökumətindəki mənbələrə istinadən Times qəzeti yazır.

"Ukraynalılar Qara dəniz bölgəsi üçün öldürücü silahlarla bağlı kömək istəyiblər. Bizdə onlara lazım olanların siyahısı var. Biz bunu mümkün qədər təmin etməyə çalışırıq", - yüksək rütbəli hökumət rəsmisi nəşrə bildirib.

Hökumət rəsimisinin sözlərinə görə, Böyük Britaniyanın baş naziri Boris Conson Almaniya və Fransadakı həmkarlarından fərqli olaraq deyib ki, “Volodimir Zelenski istədiyi hər şeyi, əgər varsa, Britaniyadan alacaq”.

Qəzetin yazdığına görə, söhbət Britaniya Kral Donanmasının istifadə etdiyi “Harpoon” gəmi əleyhinə raketlərdən, Ukrayna sahillərində yerləşən gəmiləri hədəfə ala bilən sensorlu raketlərdən, eləcə də daxil olan artilleriya mərmilərini məhv edəcək vasitələrindən gedir.

"Report"

XƏBƏR LENTİ