Şəhidlərə həsr olunmuş “Vətən adını zirvələrə ucaldanlar” kitabı nəşr olunacaq

557 8-04-2022, 10:11 cemiyyet

Şəhidlərə həsr olunmuş “Vətən adını zirvələrə ucaldanlar” kitabı nəşr olunacaqAzərbaycan Respublikası Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Sosial Tərəqqinn Dəstəklənməsi İctimai Birliyi “İmişli rayon Vətən müharibəsi şəhidlərinə həsr olunmuş “Vətən adını zirvələrə ucaldanlar” kitabının nəşri” layihəsi çərçivəsində dərc oluncaq kitabla bağlı məlumatların və şəkillərin toplanması işini yekunlaşdırıb. Layihə rəhbərinin verdiyi məlumata görə ötən müddət ərzində II Vətən müharibəsi zamanı əslən İmişli rayonundan olan 48 şəhidin ailə üzvlərindən, döyüş yoldaşlarından onların həyat və döyüş yolu ilə bağlı xeyli sayda məlumatlar toplanmışdır. Məlumatlar əsasında hər bir şəhidə həsr olunmuş ayrı-ayrılıqda bölmələr hazırlanmışdır. Kitabın dərc olunmasında əsas məqsəd gənclərimizə hərbi vətənpərvərlik ruhunun aşılanmasıdır.

Kitabın üz qabığında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin loqosu yerləşdirilicək. Nəşriyyatla kitabın nəşri üçün müvafiq razılıq əldə olunub.
Xeberdar.net

XƏBƏR LENTİ