Ukrayna müharibəsində sərt gəlişmə: Rusiya ABŞ və NATO silah karvanlarını vuracaq

582 14-04-2022, 13:38 dunya

Ukrayna müharibəsində sərt gəlişmə: Rusiya ABŞ və NATO silah karvanlarını vuracaqRusiya ABŞ və NATO-nun silah tədarükünü daşıyan nəqliyyat vasitələrini hərbi hədəf kimi görəcəyini bildirib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Rıbakov TASS xəbər agentliyinə müsahibəsində

bildirib.

"Xəbərdarlıq edirik ki, Ukrayna ərazisində hərəkət edən silahlı Amerika və NATO nəqliyyat vasitələrini qanuni hərbi hədəf kimi görəcəyik”, - Rıbakov deyib.

Rıbakov Amerika və Qərb ölkələri tərəfindən Rusiyanın Ukraynadakı "xüsusi hərbi əməliyyatının” sürətini azaltmaq cəhdlərinin qarşısının alınacağını da deyib.

"Amerikalılara və Qərb ölkələrinə açıq şəkildə bildiririk ki, bizim xüsusi hərbi əməliyyatımızı yavaşlatmaq, Rusiya, DXR və LXR birləşmələrinə mümkün zərər vurmaq cəhdlərinin qarşısı şərt şəkildə alınacaq”, - xarici işlər nazirinin müavini açıqlamasında bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ