BİR GÜNDƏ 4 TANK, 1 TƏYYARƏ, 3 PUA, 5 ARTİLLERİYA SİSTEMİ, 15 ZİREHLİ TEXNİKA MƏHV EDİLDİ - Ukrayna döyüşçüləri Donbasda 12 hücumu dəf etdilər
“Ukraynanın müdafiəçiləri aprelin 23-də gün ərzində düşmənin 12 hücumunu uğurla dəf edib”.
Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukraynalı müdafiəçilər 4 tank, 5 artilleriya sistemi, 15 zirehli texnika, 1 zirehli döyüş maşını və 4 hərbi maşını məhv ediblər”, - məlumatda deyilir.
Həmçinin qeyd olunur ki, Ukrayna hava hücumundan müdafiə bölmələri Donbas səmasında bir təyyarə (Su-25), bir qanadlı raket və üç Orlan-10 tipli pilotsuz uçuş aparatını vurub.
Son məlumata əsasən, Ukrayna Silahlı Qüvvələri 21 600-ə yaxın rus işğalçısını məhv edib. Sıradan çıxarılan texnika sayı isə aşağıdakı kimidir:
tanklar - 854 ədəd;
zirehli döyüş maşınları - 2205 ədəd;
artilleriya sistemləri - 403 ədəd;
MLRS - 143 ədəd;
hava hücumundan müdafiə sistemləri - 69 ədəd;
təyyarə - 177 ədəd;
helikopterlər - 154 ədəd;
avtomobil avadanlığı - 1543 ədəd;
gəmilər / qayıqlar - 8 ədəd;
yanacaq və sürtkü yağları olan çənlər - 76 ədəd;
Əməliyyat-taktiki səviyyəli PUA-lar - 182 ədəd;
xüsusi avadanlıq - 27 ədəd;
işə salma qurğuları OTRK / TRK - 4 ədəd.
BİR GÜNDƏ 4 TANK, 1 TƏYYARƏ, 3 PUA, 5 ARTİLLERİYA SİSTEMİ, 15 ZİREHLİ TEXNİKA MƏHV EDİLDİ - Ukrayna döyüşçüləri Donbasda 12 hücumu dəf etdilər
Oxşar mövzular
« Avqust 2022 » |
---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
---|
1 | 2 | 3 | 4 | 5 | 6 | 7 |
8 | 9 | 10 | 11 | 12 | 13 | 14 |
15 | 16 | 17 | 18 | 19 | 20 | 21 |
22 | 23 | 24 | 25 | 26 | 27 | 28 |
29 | 30 | 31 | |