Putin sanksiyalara qarşı yeni cavab fərmanı imzalayıb

Putin sanksiyalara qarşı yeni cavab fərmanı imzalayıbRusiya Prezidenti Vladimir Putin bir sıra xarici dövlətlərin qeyri-dost hərəkətləri ilə əlaqədar cavab iqtisadi tədbirlər haqqında fərman imzalayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, Putin hökumətə 10 gün ərzində cavab sanksiyalarına məruz qalan şəxslərin siyahısını müəyyən etməyi tapşırıb.

Sənəd Rusiya Federasiyasının cavab sanksiyalarına məruz qalmış xarici fiziki və hüquqi şəxslər qarşısında əməliyyatlar aparmağı və öhdəlikləri yerinə yetirməyi qadağan edir.

Fərman həmçinin Rusiyada sanksiyalar altında olan şəxslərin xeyrinə Rusiyadan xammal və məhsulların ixracını qadağan edir.

Putin sanksiyalara qarşı yeni cavab fərmanı imzalayıb

  • 3-05-2022, 14:51
  • 305


Oxşar mövzular
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI