Lvov, Dnepr və Kiyev bölgəsində partlayış səsləri eşidilib

545 4-05-2022, 10:21 dunya

Lvov, Dnepr və Kiyev bölgəsində partlayış səsləri eşidilibUkraynanın Lvov, Dnepr, Kiyev və Kirovoqrad vilayətlərində güclü partlayış səsləri eşidilib.

APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Lvov meri Andrey Sadovoy məlumat verib.

O sakinlərə sığınacaqlarda qalmağı məsləhət görüb.

Daha sonra o, şəhərin bir hissəsində elektrik enerjisinin kəsildiyini bildirib.

Lvov vilayəti hərbi idarəsinin rəhbəri Maksim Kozitski də öz növbəsində yazıb:

“İlkin məlumatlara görə, raket zərbələri Lvov vilayətinə endirilib. Sığınacaqlarda qalın!”

Dəqiqləşdirilməmiş məlumatalara görə, beş partlayış baş verib.

Dneprdə, şahidlərin sözlərinə görə, ən azı üç partlayış olub.

Həmçinin sosial şəbəkələrdə paylaşılan məlumatlara görə, Kiyevin sağ sahilində partlayışlar eşidilib.

Bundan əlavə, Ternopol bölgəsində səmada raketlərin uçuşu müşahidə edilib.

Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Anton Geraşenko isə Vinnitsa üzərində uçan iki raketin vurulduğunu yazıb.

Xeberdar.net

XƏBƏR LENTİ