Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirildi

Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirildi
Aprelin 29 –da Sumqayıt Dövlət Universitetinin Mühəndislik fakültəsində “Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirildi.

Öncə 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Fakültənin dekanı, dosent Ulduz Ağayev çıxış edərək Azərbaycan Prezidentinin Sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsinin tarixi əhəmiyyətini vurğuladı. Bildirdi ki, “Dəmir Yumruq” əməliyyatı ilə başlanan Vətən müharibəsində Azərbaycan döyüş meydanında şəhidlər verərək Qələbə qazandı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ötən il noyabrın 8-i, Şuşanın azad edildiyi gün xalqa müraciətində qeyd etdiyi kimi “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!” Şəhidlərimizin qanı bahasına, igid oğullarımızın qəhrəmanlıqları sayəsində ordu və xalqımızın birliyi, Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və uzaqgörən düşünülmüş hərbi, diplomatik siyasəti nəticəsində düşmən işğalından azad edilmiş Şuşa şəhərində də bu gün həyat qaynayır. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş Şuşada quruculuq, təmir-tikinti, bərpa işləri yeni vüsət alıb. Şuşa şəhəri artıq beynəlxalq tədbirlərə ev sahibliyi edir.

Dekan dos. Ulduz Ağayev çıxışının sonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şuşanın yeni tarixinə ən parlaq, ən şərəfli səhifəni yazdığını iftixar hissi ilə tədbir iştirakçılarının nəzərinə çatdırdı.

İnformasiya və kompüter texnikası kafedrasının müdiri dosent Qadir Mənsurov çıxış edərək bildirdi ki, ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbə, Şuşanın azad edilməsi Azərbaycan hərb tarixinin ən yaddaqalan, şanlı səhifələrindəndir. Azərbaycan əsgəri yenilməz iradəsi, yüksək döyüş ruhu və igidliyi ilə mədəniyyət beşiyimizi işğaldan azad etməklə düşmənlə yanaşı, bütün dünyaya da ordumuzun gücünü, qüdrətini göstərdi.

Sonra tələbələr Şuşanın təbiəti, tarixi, abidələri, mədəni mühiti ilə bağlı çıxışlar etdilər.

Tədbirin sonunda “Əziz Şuşa, sən azadsan!” adlı videoçarx nümayiş olundu.

Əziz Şuşa, sən azadsan!” adlı tədbir keçirildi

  • 7-05-2022, 16:17
  • 251


Oxşar mövzular
«    May 2022    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI