ABŞ-da təyyarə ilə avtomobil toqquşub, xəsarət alanlar var

420 15-05-2022, 08:06 dunya

ABŞ-da təyyarə ilə avtomobil toqquşub, xəsarət alanlar varABŞ-ın Florida ştatında kiçik mühərrikli təyyarənin avtomobil yolu körpüsünə təcili enişə cəhd etməsi nəticəsində azı 6 nəfər xəsarət alıb.

Xeberdar.net-in məlumatına görə, bu barədə CNN yerli xilasedicilər və aviasiya orqanına istinadən xəbər verir.

Qeyd edilir ki, “Cessna” nasaz mühərriklə yerə enərkən avtomobillə toqquşub və alovlanıb.

Teleşirkət Mayami-Deyd dairəsinin Yanğın və Xilasetmə Departamentinə istinad edərək, altı nəfərin xəsarət aldığını bildirib. Onlardan beşi həyati təhlükəsi olmayan xəsarətlərlə xəstəxanaya yerləşdirilib, altıncı yaralının vəziyyəti barədə məlumat verilmir.

Xeberdar.net

XƏBƏR LENTİ