Britaniyada “meymun çiçəyi” virusu yayılır

434 15-05-2022, 18:04 dunya

Britaniyada “meymun çiçəyi” virusu yayılırBöyük Britaniya Səhiyyə Agentliyi (UKHSA) daha iki insanda “meymun çiçəyi” xəstəliyinə yoluxma faktını qeydə alıb.

Bu barədə agentliyin açıqlamasında bildirilir.

Bundan əvvəl, mayın 7-də britaniyalı həkimlər Britaniyada xəstəliyə ilk yoluxma halı barədə məlumat vermişdilər.

“Bu xəstələr eyni evdə birlikdə yaşayırlar. Onların mayın 7-də elan edilmiş əvvəlki təsdiqlənmiş hadisə ilə əlaqəsi yoxdur. Onların harada və necə yoluxduğu hələ də araşdırma mövzusu olaraq qalır”, - deyə bildirilir.

Yoluxmuş xəstələrdən biri hazırda London xəstəxanalarından birinin yoluxucu xəstəliklər şöbəsində tibbi yardım alır, ikincisi isə təcrid olunub və hazırda stasionar müalicə tələb etmir.

“Meymun çiçəyi” nadir virus infeksiyasıdır və insanlar arasında da yayılır. Xəstəlik adətən yüngül keçir və insanların çoxu bir neçə həftə ərzində sağalır, lakin bəzilərində ağırlaşmalar baş verə bilər.

Onun ilkin simptomlarına qızdırma, baş ağrısı, əzələ ağrıları, bel ağrısı, limfa düyünlərinin şişməsi, titrəmə və yorğunluqdur.

Çox vaxt üzdən başlayan və sonra bədənin digər hissələrinə yayılan səpgi də ola bilər.

Mənbə: RİA Novosti

XƏBƏR LENTİ