İsveçrədə ölən şəxslərin orqanları çıxarılacaq

İsveçrədə ölən şəxslərin orqanları çıxarılacaqİsveçrə vətəndaşları bazar günü keçirilən referendumda qanunvericiliyə düzəlişləri təsdiqləyiblər.

Yeni qaydalara görə, artıq ölkənin bütün sakinləri transplantasiya üçün potensial orqan donoru hesab olunurlar.

Seçicilərin 60%-dən çoxunun dəstəklədiyi orqan donorluğu ilə bağlı yeni qaydalar ölümdən sonra orqanların götürülməsi üçün xüsusi razılığın tələb olunması prinsipini ləğv edir.

İndi mərhum və ya onun yaxınları donor olmaq üçün deyil, olmamaq üçün xüsusi etiraz sənədi təqdim etməlidirlər.

Qeyd edək ki, “Swisstransplant” ianə fondunun məlumatına görə, 2021-ci ilin sonunda İsveçrədə transplantasiya üçün növbə 1434 nəfərdən ibarət olub. Eyni zamanda, il ərzində 72 xəstə donor orqanlarının çatışmazlığı səbəbindən vaxtında yardım göstərilmədən dünyasını dəyişib.

Yeni qanun məhz orqan çatışmazlığını aradan qaldırmağa yönəlib.
Mənbə: TASS

İsveçrədə ölən şəxslərin orqanları çıxarılacaq

  • 16-05-2022, 13:24
  • 296


Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI