Sahibkar AA seriyalı maşınla qəza törətdi, öldü - Foto

613 18-05-2022, 10:24 hadise

Sahibkar AA seriyalı maşınla qəza törətdi, öldü - FotoBərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən axşam rayonun Qarayusifli kəndində baş verən qəzada sahibkar Cəlil Hacıyev dünyasını dəyişib.

Belə ki, o, 09-AA-055 dövlət qeydiyyat nişanlı “Toyota Land Cruiser” markalı avtomobillə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Sürücü hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, ölən şəxs fermerdir və dəvə təsərrüfatı ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ