Şirniyyatın zərərini azaltmağın yolları açıqlandı - FOTO

734 20-05-2022, 11:01 cemiyyet

Şirniyyatın zərərini azaltmağın yolları açıqlandı - FOTOŞirniyyatın ən böyük təhlükəsi çox yüksək kalorili olmasıdır, istehlak edildikdə çox miqdarda insulin qana daxil olur və aclıq hissi yalnız güclənir. Buna görə də, yalnız desertlə qəlyanaltı etmək həddindən artıq yeməyə səbəb olur.

Bu barədə tanınmış rusiyalı endokrinoloq Zöhrə Pavlova özünün “Telegram” kanalında xəbərdarlıq edib.

O, şirniyyatı yalnız doyurucu nahar və ya səhər yeməyindən sonra istehlakı tövsiyə edib.
Şirniyyatın zərərini azaltmağın yolları açıqlandı - FOTO
“Doyunca yedikdən sonra aclıq mərkəzi artıq yeni siqnallara daha az cavab verəcək; artıq tox və məmnundur”, - deyə tibb elmləri namizədi izah edib.

Həkim piroqlardan hissə-hissə, özü də çay, yaxud qəhvə ilə istehlakı tövsiyə edib, çünki maye onların dadını “yuyub aparır”.
Şirniyyatın zərərini azaltmağın yolları açıqlandı - FOTO
“Bundan yarım saat və ya bir saat sonra daha çox su içmək lazımdır. Desertin tərkibi də vacibdir - yumurta, kəsmik və bəzi protein mənbəyi olanlara üstünlük verilməlidir”, - deyə Z.Pavlova sözlərini yekunlaşdırıb.

XƏBƏR LENTİ