Yeni yayılan virusun Azərbaycan dilində yazılış qaydası müəyyənləşib

694 23-05-2022, 16:24 cemiyyet

Yeni yayılan virusun Azərbaycan dilində yazılış qaydası müəyyənləşibMeymunçiçəyi sözünün düzgün yazılış forması müəyyənləşib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutundan bildirilib.

Qeyd olunub ki, yoluxucu virus olan meymunçiçəyi sözü dırnaqsız və bitişik yazılır.

Bildirilib ki, buna misal kimi, tibbi termin olaraq suçiçəyi sözü də həmişə bitişik yazılıb.

Qeyd edək ki, son günlər dünyanın bir neçə ölkəsində meymunçiçəyi virusu sürətlə yayılmaqda davam edir. Azərbaycan mətbuatında bununla bağlı məlumatlar dərc olunduqda virusun adı müxtəlif formalarda, əksər hallarda dırnaq içərisində və söz birləşməsi kimi yazılır.

Xeberdar.net

XƏBƏR LENTİ