“Zəfər Səlnaməsi” kitabının təqdimat mərasimi keçirildi-FOTO

“Zəfər Səlnaməsi” kitabının təqdimat mərasimi keçirildi-FOTO
Mayın 28-də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Aşıq Pəri Məclisi" Ozan Sənətinin Təbliği İctimai Birliyinin həyata keçirdiyi “44 günlük Vətən Müharibəsi Tariximizin Zəfər Səlnaməsidir” layihəsi çərçivəsində hazırlanan “Zəfər Səlnaməsi” kitabının təqdimat mərasimi keçirildi.

Xeberdar.net məlumat verir ki, tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan "Aşıq Pəri Məclisi" Ozan Sənətinin Təbliği İctimai Birliyinin sədri, “44 günlük Vətən Müharibəsi Tariximizin Zəfər Səlnaməsidir” layihəsinin rəhbəri Pərvanə Mustafayeva bildirib ki, 44 günlük vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar ən yeni tariximizin şanlı qəhrəmanlıq səhifəsidir. Ölkəmizdə vətənpərvərlik ruhunu təbliğ etmək, xüsusilə də böyüməkdə olan gənc nəsli bu ruhda tərbiyə etmək məqsədilə müasir Azərbaycan ədəbiyyatında bu mövzuda əsərlərin yaradılması son dərəcə vacibdir. Bu layihə çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlığı tərənnüm edən əsərlərin yaradılması və təbliği məqsədilə mart ayının 1-dən aprel ayının 30-dək şairlər arasında şeir müsabiqəsi elan etmişdik. Bu müddət ərzində bizə çoxlu sayda şeirlər göndərilmişdi. Onların çoxu 44 günlük Vətən müharibəsi zamanı yazıldığına görə biz bu şeirlərə deyil, layihənin şərtlərinə görə müsabiqə müddətində yazılan şeirlərə üstünlük verdik. Kitab sinifdən xaric ədəbiyyat kimi istifadə etmələri üçün orta məktəblərə də təqdim ediləcək. Tanınmış şair Rəfail Tağızadə kitabın redaktorudur və kitabın ərsəyə gəlməsində onun da böyük zəhməti olmuşdur.
Söz Rəfail Tağızadəyə verildi. Şair Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıqlardan, müsabiqənin şərtlərindən, kitabda çap olunan müəlliflərin şerlərindən danışdı. Bildirdi ki, ordumuzun qəhrəmanlığından yazan hər bir kəs qalibdir. O cümlədən kitabda şeri çap olunan hər bir kəs də qalib sayılır. Lakin layihənin şərtlərinə görə bir neçə ən yaxşı yazan müəllif fərqləndirlməli idi. Bu səbəbdən də fərqləndi.
Sonra müsabiqənin tələblərinə uyğun olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutanlara diplomlar, qiymətli hədiyyələr təqdim olundu.
Daha sonra tədbirdə iştirak edən şairlər kitabda çap olunan şerlərini oxudular. QHT sədrləri çıxış edərək layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışdılar və təşkilatçılara uğurlar arzuladılar.

Xeberdar.net

  • 29-05-2022, 14:07
  • 1 481

Oxşar mövzular
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI