Eyfel qülləsini ildırım vurub...

742 6-06-2022, 11:07 dunya

Fransız fotoqrafı Kulik Bertranın bəxti gətirib.O, Parisdəki məşhur Eyfel qülləsinin bir neçə dəfə ildırım vurmasının qəribə məqamlarını çəkmək imkanı əldə edib.

Unikal şəkilləri fotoqtaf özünün "Twitter" səhifəsində yerləşdirib.

Xeberdar.net xəbər verir ki, bu barədə Eyfel qülləsinin rəsmi saytında məlumat verilib.

Dünən Fransanın paytaxtında tufan olub, güclü yağış yağıb, dolu düşüb, şəhər rəhbərliyi qasırğa barədə sakinlərə xəbərdarlıq edib.

"Eyfel qülləsi ildırım zərbəsinə təxminən saat 18:00-da məruz qalıb - Kulik şəkillərin altında yazıb. - Eyni zamanda iki kamera ilə çəkilib".

Fotoqraf vurğulayıb ki, zərbələrdən qüllə zərər çəkməyib və ziyarətçilər üçün təhlükə törənməyib.

Eyfel qülləsinin rəsmi saytında deyilir ki, bu, ilk belə hadisə deyil.

1889-cu ildə tikilən 330 metrlik qüllə təxminən bir ildə beş dəfə ildırımın zərbəsinə məruz qalır.

Ona görə də təhlükəsizlik məqsədilə Eyfel qülləsinin zirvəsində ildırıma qarşı dörd ədəd elektriki səpələyən xüsusi cihaz quraşdırılıb.

34 yaşlı skripkaçı on ildir ki, fotoqrafiya ilə maraqlanır.

Onun çəkdiyi həşəratların şəkilləri xüsusilə populyardır.

Bu məqsədlə Bertran makroçəkilişlər üçün xüsusi obyektivdən istifadə edir.

XƏBƏR LENTİ