Ukraynada saxlanılan rusiyalı hərbi əsirlərin sayı açıqlanıb

698 7-06-2022, 10:17 dunya

Ukraynada saxlanılan rusiyalı hərbi əsirlərin sayı açıqlanıbHazırda Ukraynada 600-ə yaxın rusiyalı hərbi əsir var.

Xeberdar.net “Hromadske”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşuk bildirib.

O, qeyd edib ki, beynəlxalq hüquqa əsasən hərbi əsirlər üçün xüsusi düşərgə tikilməlidir.

Baş nazirin müavininin sözlərinə görə, bu yaxınlarda keçirilən görüşdə Rusiyanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin ukraynalı əsirlərin saxlanıldığı yerə buraxmağa necə məcbur etmək və Rusiyanı əsir düşən əsgərlərii azad etməyə məcbur etmək barədə danışılıb. “Onların arasında 2014-cü ildən bu günə kimi Donetsk və Luqansk vilayətlərinin ərazisində qadınlar da daxil olmaqla saxlanılanlar da var”, - Vereşuk bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ