Çində idxalla bağlı məlumatların açıqlanması nefti bahalaşdırıb

742 20-06-2022, 13:07 dunya

Çində idxalla bağlı məlumatların açıqlanması nefti bahalaşdırıbÇinin Səudiyyə Ərəbistanı və Rusiyadan neft idxalını artırması haqqında məlumatlar 5 günlük enişdən sonra neft qiymətlərinin korreksiya çərçivəsində artmasına səbəb olub.

“Report” birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin avqust fyuçersləri 0,61 % bahalaşaraq 113,81 ABŞ dollarına satılıb. WTI neftinin avqust fyuçerslərinin qiyməti isə 0,7 % artaraq 1 bareli 108,72 ABŞ dolları təşkil edib.

Qiymət artımına Çinin may ayında Səudiyyə Ərəbistanından neft idxalını illik ifadədə 9 %, Rusiyadan isə 55 % artırması səbəb olub. Ümumilikdə, Çinin gündəlik neft idxalı rekord səviyyəyə - gündəlik 2 milyon barelə çatıb.

XƏBƏR LENTİ