İyunun 21-də hava necə olacaq

714 20-06-2022, 16:40 cemiyyet

İyunun 21-də hava necə olacaqMilli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən
Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.
Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 31-36° isti,
Bakıda gecə 20-22° isti, gündüz 33-35° isti olacaq.
Atmosfer təzyiqi 759 mm civə sütunundan 748 mm civə sütununa enəcək.
Nisbi rütubət 40-50 % olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
Cənub küləyi əsəcək.
Dəniz suyunun temperaturu:
Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti,
Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti,
gündüz 32-37° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-24° isti olacaq.

XƏBƏR LENTİ