“NATO Rusiyaya qarşı nüvə silahı işlətməyə hazır olmalıdır” – Alman general

698 21-06-2022, 15:59 dunya

“NATO Rusiyaya qarşı nüvə silahı işlətməyə hazır olmalıdır” – Alman generalNATO ona hazırlaşmalıdır ki, alyans Rusiyaya qarşı nüvə silahı işlətmək məcburiyyətində qala bilər.

“AzPolitika” xəbər verir ki, belə çağırışla Almaniya Hərbi-hava qüvvələrinin komandanı, general İnqo Herxarts Kil şəhərində keçirilən dəniz güclərinin beynəlxalq simpoziumunda (Seapowers) çıxış edib («Bild»).
«NATO vaxtında nüvə silahı işlətməyə hazırlaşmalıdır, çünki fövqəladə situasiya istənilən an yarana bilər. Bunun etibarlı qarşılanması üçün həm zərbə vasitələri, həm də siyasi iradə lazımdır ki, nüvə qarşılanması realizə olunsun - əgər bu, qaçılmaz olarsa» - general bəyan edib.

Bundan əvvəl isə Polşanın sabiq xarici işlər naziri və fəaliyyətdə olan Avroparlament deputatı Radoslav Sikorski bəyan edib ki, Rusiya Budapeşt memorandumunu pozub, ona görə də Qərb ölkələri Ukraynaya nüvə silahı vermək hüququndadırlar.

AzPolitika.info

XƏBƏR LENTİ