Türkmənistan parlamentinin nümayəndə heyəti Bakıya səfər edəcək

619 29-06-2022, 09:45 cemiyyet

Türkmənistan parlamentinin nümayəndə heyəti Bakıya səfər edəcəkTürkmənistan Milli Qenqeşinin nümayəndə heyəti iyunun 30-u Bakıya səfər edəcək.

“Report” xəbər verir ki, Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədovunun göstərişi ilə Türkmənistan parlamentinin nümayəndələri Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təmin edilməsində milli parlamentlərin rolunun artırılması” mövzusuna həsr olunmuş konfransda, həmçinin konfrans çərçivəsində keçiriləcək tədbir və görüşlərdə iştirak etmək üçün Bakıya səfərə gələcəklər.

XƏBƏR LENTİ