Üzdəniraqların bayrağını qaldıranlar 7-11 illik həbsə atılacaq... -RƏSMİ

618 29-06-2022, 13:49 dunya

Üzdəniraqların bayrağını qaldıranlar 7-11 illik həbsə atılacaq... -RƏSMİQətərdə keçiriləcək dünya çempionatında azarkeşlərə "LGBT" göy qurşağı bayrağını qaldırmağa icazə verilməyəcək.

Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, bu barədə qarşıdan gələn dünya çempionatının təşkilatçıları məlumat yayıb.

“Dünya Kubokunda "LGBT" bayrağını qaldıran hər kəs 7 və ya 11 il müddətinə həbs olunacaq, biz İslam ölkəsiyik və siz bizim dinimizə, inanclarımıza və mədəniyyətimizə hörmətlə yanaşmalısınız”, - təşkilatçıların bəyanatında deyilir.

Qətərdə "LGBT"-üzdəniraqlar icmasına qarşı ciddi məhdudiyyətlər var. Bu dövlətdə eynicinsli nikahlar və digər münasibətlər qəti qadağandır.

Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı 2022-ci il noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək. Oyunlar beş şəhərin səkkiz stadionunda təşkil olunacaq.

XƏBƏR LENTİ